Qattuzo

Qattuzo "Napoli"də Ançelottini əvəzləyə bilər

"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo "Napoli"ni çalışdıra bilər.

"Calciomercato"nun xəbərinə görə, "Napoli"nin idman direktoru Kristiano Cuntoli təyinatla bağlı Qattuzo ilə danışıqlara başlayıb.

Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentisin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Qenk"lə oynanılacaq matçdan sonra baş məşqçi Karlo Ançelottini istefaya göndərəcəyi bildirilir. 14 turdan sonra "Napoli" İtaliya A Seriyasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Fiorentina" da Cennaro Qattuzonun xidmətində maraqlıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR