Qattuzo rəsmən

Qattuzo rəsmən "Napoli"də

"Napoli"nin baş məşqçi postu Cennaro Qattuzoya həvalə olunub.

Klub saytı vasitəsilə bu barədə məlumat yayıb. Qattuzo Karlo Ançelottini əvəzləyib. Müqavilənin rəsmi detalları hələlik gizli saxlanılır.

Daha əvvəl 41 yaşlı mütəxəssisin "Napoli" ilə 6 aylıq müqavilə imzaladığına dair xəbərlər yayılmışdı. Neapol təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Qattuzonun sazişinin daha bir il müddətinə uzadılacağı iddia olunur.

İtaliyalı çalışdırıcı karyerası ərzində "Milan", "Palermo", "Pizu", OFİ və "Sion"da işləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR