“Qazax Messi”yə rekord qiymət qoyuldu

“Qazax Messi”yə rekord qiymət qoyuldu
Qazaxıstan futbolunun gənc ulduzu Erkebulan Seyidəhməd bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Sport7.az xəbər verir ki, 18 yaşı bir aydan sonra tamam olacaq hücumçu artıq Rusiyanın "Ufa” klubuna transfer olunub. Erkebulan "Taraz”ın yetirməsidi və artıq 17 yaşında bu klubun heyətində çıxış edib.

Qazaxıstanın U-17 millisdə parlayan hücumçunu daha sonra U-19-a dəvət ediblər. Ötən ilin sentyabrında isə Erkebulan U-21-in heyətində debüt edib.

"Qazaxıstanın Messisi” adlandırılan gənc hücumçuya məşhur "Transfermarkt " saytı 300 min avro qiymət qoyub. Bu rəqəm Qazaxıstan futbolu üçün yeni rekorddu. Onun bu rəqəmi doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.

Sport7.az
 

Xəbər lenti