“Qazaxıstan rəqibini “məhv etdi” – Əks səda

“Qazaxıstan rəqibini “məhv etdi” – Əks səda
Azərbaycan millisinin Qazaxıstana 0:3 hesabıyla məğlub olmasının əks-sədası davam edir.

Sport7.az xəbər verir ki, Qazaxıstanla yanaşı Gürcüstanda da bu oyun müzakirə olunur. Gürcüstanın Qazaxıstana Millətlər Liqasında rəqib olması gürcülərin də bu qarşılaşmaya diqqətini artırıb.

Gürcüstanın "All Sport” saytı oyunun reportajına "Qazaxıstan Gürcüstan kimi rəqibini "məhv etdi” başlığını yazıb. Həmin reportajda qeyd olunub ki, Gürcüstanla Azərbaycan millisinin səviyyəsi təxminən eynidi. Stoylovun gəlişindən sonra "artıran” Qazaxıstan Gürcüstan üçün ciddi rəqibə çevrilib. Çünki qazaxlar Azərbaycanı asanlıqla məğlub etdilər.

Sosial şəbəkələrdə də bu oyunun müzakirəsi zamanı maraqlı fikirlər səslənir. Onlardan bəzilərini sizə təqdim edirik.

"Senen”: Stoylov böyük işlər görüb. Düzdü, hələlik reytinq cədvəlində Azərbaycanla bir sırada dayanmışıq. Amma faktiki sərgilədiyimiz oyun ilk 40 sıraya yüksəlməyimiz üçün yetərlidi. Görəcəksiniz, Millətlər Liqasında necə möhtəşəm nəticələr qazanacağıq.

"Muxammed”: "Uğurlar sizə, qardaşlar. Siz bizim dənizin o tayında yaşayan qardaşlarımızsız. Bu məğlubiyyətə görə ürəyinizi sıxmayın.

"Mamurchanin”: Gəlin bu qələbəni şişirtməyək. Biz doğma meydanda və süni örtük üzərində oynadıq. Azərbaycanlılar qırğızlarla oyundan sonra yol qət etmişdilər, hələ burdan da Latviyaya gedəcəklər. Sanki bizim xahişimizlə "ikinci nömrə” altında oynamağa razılaşmışdılar. Çox sağ olsunlar ki, bizə bu hissləri yaşatdılar.

Sport7.az
 

Xəbər lenti