Qazaxlar Cavid Hüseynova gülürlər

Qazaxlar Cavid Hüseynova gülürlər
Millimizin yarımmüdafiəçisi Cavid Hüseynov Qazaxıstanda gülüş obyektinə çevrilib.

Sport7.az xəbər verir ki, buna səbəb Hüseynovun Qazaxıstanın rəqiblərini qarışdırmasıdı.

Dünən keçirilən oyundan sonra Cavid açıqlamasında Qazaxıstanın oyunlarını izlədiklərini deyib: "Biz Qazaxıstanın  Norveçlə oyununu izləmişdik. Həmin oyunda da onlar iki dəfə fərqlənməyi bacarmışdılar. Bunu nəzərə alırdıq, çalışırdıq ki, rəqibin fərqlənməsinə imkan verməyək. Amma nəticədə onlar bizim qapımıza da üç qol vurdular”.

Qazaxıstanlı həmkarlarımız ehtimal edir ki, Cavid Norveçlə Macarıstanı qarışdırıb. Çünki son zamanlar Qazaxıstan millisi Norveçlə qarşılaşmayıb. Stoylovun komandası martda Macarıstanla görüşüb və onları iki dəfə məyus edib”.

Sport7.az

Xəbər lenti