“Qəbələ” AFFA ilə “qohum oldu"

“Qəbələ” AFFA ilə “qohum oldu
Azərbaycan millisinin və "Qəbələ” klubunun futbolçusu Təmkin Xəlilzadə subaylığın daşını atıb. 

Sport7.az xəbər verir ki, o, dünən Bakıdakı şadlıq saraylarından birində özünə toy edib.

Təmkin Xəlilzadə "Zirə” klubundakı parlaq oyunu ilə milli məşqçilərinin diqqətini cəlb edib. O, qış dövrəsindən etibarən "Qəbələ”nin şərəfini qoruyur.

Əldə etdiyimiz məlumata görə, Xəlilzadənin evləndiyi Çinarə xanım AFFA-nın əməkdaşıdır.

Sport7.az
 

Xəbər lenti