"Qəbələ" aşağı yaş qruplarına seçimlər elan etdi

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.
 
Sport7.az xəbər verri ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 14 və 15-də 2002 - 2012-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65


Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

14 dekabr- 2002-2003-2004-2005-2006
15 dekabr -2007-2008-2009-2010-2011-2012-ci il təvəllüdlü futbolçular

Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR