"Qəbələ" azarkeşi: "Fanklub şəklində kafelərin birində baxacağıq"

Azərbaycan Premyer Liqasında qarşıdakı iki, 21 və 22-ci turlar azarkeşsiz keçiriləcək. Təbii ki, bu addım koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə atılıb. Amma digər tərəfdən sözügedən turlarda maraqlı qarşılaşmalar baş tutacaq. Məsələn 22-ci turda bəlkə də bir çox suallara aydınlıq gətirəcək "Neftçi" - "Qarabağ" matçı var. Bununla yanaşı ölkədə azarkeş sayı ilə fərqlənən müəyyən klublar da var ki, ev oyunlarını boş tribunalar önündə keçirməli olacaq. Bu üzdən məsələ ilə bağlı azarkeş fikri də öyrəndik. 

"Qəbələ"nin "Red Black Army" fanklubunun rəhbəri Cavad Şərifli Sport7.az-a açıqlamasında bunları söylədi: "Belə qərar dünya futbolunda da var. Məsələn İtaliya futbolunda oyunları ləğv ediblər. Çempionlar Liqasında azarkeşsiz keçirilir. Bu ciddi məsələdi ki, dövlət işə qarışıb. İnsanların sağlamlığı üçündü. Amma stadiona gəlmək üçün heç bir yol axtarmayacağıq. Fanklub şəklində gedib kafelərin birində oturub baxacağıq. Hər dəfə səfərdəki oyunlara qəbələlilər kafelərin birində yığışıb baxırlar. Yəqin ki, azarkeşləri stadionun ətrafına da buraxmayacaqlarş

Düzdü, Azərbaycan çempionatında 5-10 nəfər də olsa stadiona gələnlər azarkeş sayılırlar. Əlbəttə, bu komandanın oyununa təsir edə bilər. Amma, "Qəbələ" yaxud "Qarabağ" olsun, birinci dəfə deyil ki, Azərbaycan çempionatında oynayırlar. Düzdü müəyyən təsirlər olacaq. Amma məncə peşəkar futbolçulardı, onlara o qədər də ciddi təsir göstərməz".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR