"Qəbələ" Bakıda xal itirdi – YENİLƏNİB

Bu gün futbol üzrə Topaz Premyer Liqasında XX tura start veriləcək.

Sport7.az xəbər verir ki, bu turun ilk oyununda ukraynalı məşqçilərin dueli baş tutacaq. "Keşlə” doğma meydanda "Qəbələ”ni qəbul edəcək.

"İnter Arena”da keçiriləcək qarşılaşmaya tərəflər fərqli məqsədlər üçün çıxacaqlar. Hazırda 15 xalla 7-ci pillədə qərarlaşan meydan sahibləri turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq haqda düşündüyü halda, 38 xalla 2-ci pillədəki qonaqlar lider "Qarabağ”la aradakı fəqin daha da böyüməməsi üçün çalışırlar. Digər tərəfdən, "qırmızı-qaralar” "üçlüy”ü qapayan "Zirə”dən uzaqlaşmaq istəyirlər.

Bu komandaların ilk iki dövrədəki oyunlarında "Qəbələ” qalib gəlib. Evdə 3 cavabsız qolla sevinən "qırmızı-qaralar” səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Umumiyyətlə, bu kollektivlər 43-cü dəfə qarşılaşacaqlar. İlk görüşləri 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. "Qəbələ” 14 qələbə qazanıbsa, 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.
Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan "qırmızı-qaralar” 14 dəfə yenilib. 22-ci dəfə "Keşlə”nin qonağı olacaq "Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib, 10 dəfə məğlub olub.

"Qəbələ” artıq 11 matçdır "Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn əyalət təmsilçisi bu matçlarda ən azı 2 qol vurub.

Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi "Neftçi” – "Qarabağ”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Kəpəz” duelləri olacaq.
 
Topaz Premyer Liqası, XX tur

15:30. "Keşlə” – "Qəbələ” 1:1
(Baqali Dabo, 32, Voyislav Stankoviç, 59 - öz qapısına) 

"Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Sezar Meza-Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna, 39. Əlibəy Məmmədli
Baş məşqçi: Yuri Maksimov
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 16. Omar Malone, 19. Filip Ozobiç, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə
Baş məşqçi: Roman Qriqorçuk

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena”, 15:30 ("CBC Sport"/ canlı)
 
Sport7.az 

Xəbər lenti