"Qəbələ" Bezotosnı ilə vidalaşdı

"Qəbələ" Dmitri Bezotosnı ilə yollarını ayırıb.
 
Sport7.az xəbər verir ki, bölgə təmsilçisi təcrübəli qapıçı ilə yeni müqavilə bağlamayıb.
 
2014/15 mövsümündə transfer olunan Dmitri Bezotosnı 166 matçda 137 top buraxıb. Ukraynalı qolkiper çempionatda 117 (84 top), kubokda 17 (15 top), Avropa Liqasında 32 (38 top) matçda forma geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR