"Qəbələ" Cavidlə belə vidalaşdı (VİDEO)

"Qəbələ"nin kapitanı Cavid Hüseynovla yolları ayırdığını diqqətinizə çatdırmışdıq. 
 
Sport7.az xəbər verir ki, "qırmızı-qaralar"dan ayrılan Cavid "Zirə" ilə müqavilə imzaladı. "Qəbələ" sabiq kapitanının göstərdiyi xidmətləri nəzərə alıb onunla təntənəli şəkildə vidalaşıb.
 
"Qəbələ"nin heyətində2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu "qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.
 
Klub Hüseynovun gedişinə videorolik hazırlayıb. Sözügedən videoroliki təqdim edirik:
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR