"Qəbələ" doğma meydanda uduzdu - YENİLƏNDİ

Bu gün Avroliqada təmsilçilərimizdən "Qəbələ" də mübarizəyə başlayacaq.
 
Sport7.az xəbər verir ki, yeni baş məşqçi və futbolçularla meydana çıxacaq bölgə təmsilçisi Lüksemburq "Proqres"i ilə qarşılaşacaq. Bu həm də Sənan Qurbanovun baş məşqçi kimi Avrokuboklarda debüt matçı olacaq.
 
Mövsüm bitəndən sonra komandanı bir sıra futbolçular tərk etdi. Buna baxmayaraq Qurbanovun yeni oyunçular dəvət etdiyi "Qəbələ"yə ümidlər böyükdü. Lüksemburq təmsilçisi ilə görüş saat 20.00-da Qəbələ şəhər stadionunda başlayacaq. 
 
Görüş "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Avroliqa, birinci təsnifat mərhələsi
 
12 iyul
 
20.00 "Qəbələ" - "Proqres" (Lüksemburq) 0:2
(Almeyda, 61, Till, 61-p.)
 
Hakimlər: Vyaçevlav Banari, Vasili Ermişçin, Dimitru Kobanu, Andrey Koyokaru (Moldova)
"Qəbələ" şəhər stadionu. 

Xəbər lenti