“Qəbələ” Çempionlar Liqasındakı rəqibini gözləyir – “Dinamo”, “Şerif”...

“Qəbələ” Çempionlar Liqasındakı rəqibini gözləyir – “Dinamo”, “Şerif”...

Sabah UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək.
 
Sport7.az xəbər verir ki, Azərbaycan çempionu "Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq.
 
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək.
 
"Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də keçiriləcək 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb.
 
Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. "Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar "Çertanovo” (Rusiya), "Dinamo” (Minsk, Belarus), "Kayrat” (Qazaxıstan), "Makkabi” (Hayfa, İsrail), "Lüdororets” (Bolqarıstan), "Şkendiya” (Şimali Makedoniya) və "Şerif” (Moldova) klublarıdır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR