"Qəbələ" hazırlıqları belə davam etdirir - FOTOLAR

"Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, iyunun 12-də Qəbələdə bir araya gələn komanda hazırlıq prosesinin ikinci gününü 2 məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün birinci yarısında fiziki təmrinləri yerinə yetirib.
 
Günün ikinci yarısındakı məşq prosesi zamanı futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları icra edib.
 





 

Sport7.az

Xəbər lenti