“Qəbələ” “Herta”ya uduzdu - YENİLƏNDİ

“Qəbələ” “Herta”ya uduzdu - YENİLƏNDİ
Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlara start veriləcək.
 
Sport7.az xəbər verir ki, "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası IV turun oyununa çıxacaq. 
 
Komanda sabah Almaniyanın "Herta” klubu ilə qarşılaşacaq.
 
Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə noyabrın 28-də Belində baş tutacaq.

Qeyd edək ki, "Qəbələ” I mərhələdə Moldova "Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr

"Qəbələ” – "Herta” (Almaniya) - 1:3
Qol: Əli Sadıxov , 88 - Muhammed Kiprit, 65, Cesik Nqankam, 71,  Rouen Vertmüller, 85
 
"Qəbələ”: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Veysəl Rzayev, 17. Rauf Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 10. Təbriz İsazadə, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 18. Nicat Oruclu
Baş məşqçi: Emin İmaməliyev

"Herta”: 1. Luis Klatte, 9. Cesik Nqankam (k), 10. Miralem Ramiç, 17. Justin Veber, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext, 24. Matias Kastrati, 31. Soni Ziemer, 33. Florian Baak, 35. Florian Krebs, 36. Muhammed Kiprit
Ehtiyat oyunçular: 12. Florian Palmovski, 6. Tarik Gözüşirin, 8. Yonas Mixelbrink, 14. Rouen Vertmüller, 16. Pol Kryuqer, 21. Elias Tamim
Baş məşqçi: Mihael Hartmann
 
Qəbələ şəhər stadionu. Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Fritz Stuchlik (Avstriya)
 
Sport7.az

Xəbər lenti