"Qəbələ" ildən-ilə "artırır"

"Qəbələ” klubu hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi "facebok" səhifəsi məlumat yayıb. 

Son 5 avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda "qırmızı-qaralar” 7,500 xala malikdir. Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Cari mövsümdə çıxışını başa vuran "Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran əyalət təmsilçisi 148-ci sırada yer alıb.

"Qəbələ” UEFA reytinqində

2014/15 – 2,750 (358-ci yer)
2015/16 – 5,225 (253-cü yer)
2016/17 - 7,800 (185-ci yer)
2017/18 - 5,250 (191-ci yer)
2018/19 - 6,250 (173-cü yer)
2019/20 – 7,500 (148-ci yer)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR