"Qəbələ", "Neftçi" və "Kəpəz"in rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının da 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub. Sport7.az xəbər verir ki, qitənin ikinci dərəcəli yarışında ölkəmizi "Qəbələ", "Kəpəz" və "Neftçi" komandaları təmsil edir.

Hər üç təmsilçimizin növbəti mərhələyə adlayacağı halda potensial rəqibləri bəlli olub.

Belə ki, 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Avstriya "Admira"sına 0:1 hesabı ilə məğlub olan "Kəpəz" növbəti mərhələyə adlasa, Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

Eyni mərhələnin ilk oyununda Macarıstanın MTK klubunu 2:1 hesabı ilə məğlub edən "Qəbələ"nin də növbəti mərhələyə adlayacağı halda qarşılaşacağı rəqib müəyyənləşib. Belə ki, "qırmızı-qaralar" Bakıdakı oyunun nəticəsinə görə mərhələ adlasa, Fransanın "Lill" klubuna rəqib olacaq.

2-ci mərhələnin ilk oyunda Makedoniya "Şkendiya"sı ilə qolsuz bərabərə qalan "Neftçi" isə Çexiyanın "Mlado Boleslav" klubu ilə üz-üzə gələcək. Təbii ki, mərhələni adlasa.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR