"Qəbələ" PFL-in təklifini qəbul edib?

Mövsümün sonuna az müddət qalsa da artıq çempionluğu rəsmiləşdirmiş "Qarabağ"a medalların harda, necə veriləcəyi sual altındadı. 

Əslində "Qarabağ"a medalları doğma stadionunda, yəni "Azərsun Arena"da vermək üçün PFL-də də müəyyən addımlar atılır. Məlum olduğu kimi "Qəbələ"yə PFL tərəfindən "Qarabağ"la son matçı Qəbələdə deyil, Bakıda oynamaq təklif edilib. Bəs bölgə təmsilçisi bu fikirlə razılaşcaqmı?

Bu saual cavab tapmaq üçün klubun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Zaur bəy Sport7.az-a açıqlamasında qısaca bunları söylədi:

"Bu haqda klubda hələ heç nə müzakirə olunmayıb. Yəqin ki, önümüzdəki həftədə bununla bağlı müzakirələr aparılacaq".

Sport7.az

Xəbər lenti