“Qəbələ” planlarını açıqladı - RƏSMİ

“Qəbələ” planlarını açıqladı - RƏSMİ
"Qəbələ" komandasının mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.

Sport7.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 2017/2018 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək.
 
Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.

"Qəbələ" iyunun 20-də Sloveniyaya yollanacaq. "Qırmızı-qaralar" iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.

Sport7.az
 

Xəbər lenti