"Qəbələ" Rauf Əliyevi transfer edir? - RƏSMİ

"İnter"dən ayrılmağı çoxdan arzulayan futbolçulardan da biri Rauf Əliyevdi.

Sport7.az xəbər verir ki, ötən mövsümün iki ən sərrast futbolçusundan biri olan Rauf "İnter"dəki problemlərdən təngə gəlib. Aylarla maaş üzünə həsrət qalan futbolçular daha sakit başla və maddi durumu sabit olan klublarda forma geymək arzusundadılar.

Səlahət Ağayevin "İnter"ə avrokuboklarda kömək etdikdən sonra "Neftçi"yə keçəcəyi dəqiqləşibsə, Rauf Əliyevin "transfer pəncərəsi" açılan kimi "Qəbələ"ylə anşalacağı deyilir.

"Qəbələ"nin Raufla maraqlanması barədə sorğumuza klub rəsmisi Səbuhi Səfiyarlının cavabı qısa oldu:
 
"Əliyev yaxşı futbolçudur. Hər bir klub onu heyətində görməyi arzulayar. Amma hazırda Rauf "İnter"ə məxsusdu, klubu ilə müqaviləsi davam edir. Bu səbəbdən də onunla hansısa danışıqlar aparmağımız, adını transfer siyahısına daxil etməyimiz mümkün deyil".

Sport7.az

Xəbər lenti