"Qəbələ" rəsmisi: "Legionerlərin də göndərilməsi gündəmdə deyil"

Hazırda "qara zolaq"da qalan və baş məşqçi Sənan Qurbanovun taleyi qeyri-müəyyən olan "Qəbələ"də gərgin günlər davam edir.
 
Hətta yayılan məlumatlara görə, rəhbərlik legionerləri də göndərməyi planlaşdırır. 

Bəs qarşıdakı planlar nədən ibarətdi. Həqiqətənmi bunlar gözlənilir? Suallarımıza klubun baş meneceri Zaur Əzizovdan cavab almağa çalışdıq.

Zaur bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Belə deyim, sözsüz ki, klub daxilində müzakirələr gedir. Amma hələ mətbuata açıqlanacaq bir şey yoxdu. Atacağımız addımları indi açıqlamaq istəmirik. Onsuz da hansısa addımlar atılsa, bu haqda məlumat verilir. 

Sənan Qurbanova gəlincə, hazırda komandanın baş məşqçisidi. Təbii ki, onunla gündəlik danışıqlarımız olur. 

Legionerlərin göndərilməsi gündəmdə deyil. Hansısa dəyişiklik olanda açıqlayırıq".

Sport7.az

Xəbər lenti