"Qəbələ" rəsmisi: "Onlarla 1 illik müqavilə bağlanacaq"

"Qəbələ"nin yay hazırlıq planları məlumdu.
 
Bu haqda Sport7.az-a komandanın rəisi Səbuhi Səfiyarlı məlumat verib. Səbuhi bəy hazırlıq planları ilə yanaşı heyətlə bağlı dəyişikliklərə də toxunub.
 
"Ayın 12-dən Qəbələdə toplanışa başlayırıq. 18 iyuna qədər burda qalıb daha sonra xaricə yollanacağıq. Çox güman ki, Sloveniyaya gedəcəyik. Amma bu hələ tam dəqiqləşməyib. Orda iyulun 5-nə qədər toplanışı davam etdirəcəyik. 
 
Avroliqanın ilk matçına gəlincə, çox güman ki, "Qəbələ"də oynayacağıq. 
 
Müqaviləsi bitən futbolçulardan Cavid Hüseynov, Asif Məmmədov və Ürfan Abbasovla razılıq əldə etmişik. Onlarla 1 illik müqavilə bağlanacaq. Müqaviləsi uzadılmayanlar isə gedəcək. Bildiyiniz kimi Vitali Vernidub, Filip Ozobiç gedib. Elvin Məmmədovla da müqavilə uzadılmadı. Baş məşqçi ehtiyac görmədi ona. Dabo ilə danışıqlarımız davam edir. Başqa yenilik yoxdu. Namizədlər çoxdu, hələ danışıqlar davam edir.
 
Dodo ilə danışmamışıq. O, ilyarımdı futbol oynamır. Bu qədər müddətdə futbol oynamayan insanı neynirik?"
 
Sport7.az

Xəbər lenti