"Keşlə" və "Qəbələ"dən qələbə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Turun ilk matçında autsayder "Qəbələ" "Səbail"i qəbul edib. Görüşdə əyalət təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. "Qəbələ" öz meydanında "Səbail"ə heç vaxt uduzmayıb.

Günün digər oyununda qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Keşlə" komandaları üz-üzə gəliblər. Oyunun ilk hissəsində "Neftçi" üstün olsa da, sora iki qol vuran "Keşlə" 2:1 hesabı ilə qələbəni bayram edib. Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. "Neftçi" 31, "Keşlə" isə 14 görüşdə meydanı 3 xalla tərk edib.

Azərbaycan Premyer Liqası

XI tur

9 noyabr

15:00. "Qəbələ” – "Səbail” 3:0 
Qol: Volkov, 22, 44. Ülvi İskəndərov, 90+2
 
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.

Baş məşqçi: Azər Bağırov.

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.

Ehtiyat oyunçular: 1. Aleksandr Rıbka, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.

Baş məşqçi: Aftandil Hacıyev.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

17:00. "Keşlə” – "Neftçi” 2:1
 
Qollar: F.Flores, 63, Meza Kolli, 85 - D.Gerye, 45+1

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.

Baş məşqçi: Tərlan Əhmədov.

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Qerye, 5. Anton Krivotsyuk.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.

Baş məşqçi: Roberto Bordin.

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək "Qarabağ" - "Zirə" və "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR