"Qəbələ" son matçından sülh ilə ayrıldı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, "qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib.
 
"Arkadia” meydançalarında baş tutan oyun 2:2 hesabı ilə başa çatıb.

Knyajnanı təmsil edən "Konkordiya” 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. Ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.

Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka” (3:0) və Bolqarıstanın "Etar” (0:0) klubları ilə üz-üzə gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR