"Qəbələ" və "Neftçi"dən qələbə - YENİLƏNDİ

Bu gün Topaz Premyer Liqasına XIX tur start götürəcək.

Sport7.az xəbər verir ki, turun açılış oyunu Gəncə şəhər stadionunda keçiriləcək. Ardıcıl iki oyunda məğlub olan "Qəbələ” üçün bu qarşılaşma həlledici sayılır. Roman Qriqorçukun komandası toparlanmalı, "qara zolağa” son qoymalıdır. Xal itkisi ikinci pilləni də təhlükəyə salacaq.

İndiyədək "Kəpəz” və "Qəbələ” komandaları Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da "sarı-göylər”,  yeddi oyunda isə "qırmızı-qaralar” qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti 21:17 "Qəbələ”nin xeyrinədir. Roman Qriqorçukun baş məşqçi olduğu komanda son 4 qarşılaşmada yalnız 1 qələbə qazanıb. "Kəpəz” isə son 5 oyunda meydanı qolsuz tərk etməyib. Hazırda "Kəpəz” 10 xalla 8-ci, "Qəbələ” 35 xalla 2-ci pillədə qərarlaşıblar.

Günün digər oyununda "Neftçi” və "Keşlə” klubları "Bakcell Arena”da üz-üzə gələcək. Hər iki komanda ötən tur səfərdə qələbə qazanıb. "Neftçi” "Qəbələ”ni 2:1 hesabı ilə yenibsə, "Keşlə” "Zirə”dən eyni hesabla üstün olub. İndiyədək "Neftçi” və "Keşlə” 53 dəfə üz-üzə gəlib. Bunların 26-da flaqman, 13-də keçmiş "bankirlər” qələbə qazanıb. Daha 14 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti isə 80:54 "Neftçi”nin xeyrinədir. "Keşlə” son 5 matçda qələbə qazanmayıbsa, "ağ-qaralar” 9 oyundur meydanı qolsuz tərk etmirlər. Hazırda "Neftçi” 23 xalla 5-ci, "Keşlə” 15 xalla 7-ci yerdə gedir.

Azərbaycan Premyer Liqası, XIX tur

9 mart (cümə)

15:00. "Kəpəz” – "Qəbələ” 0:1
(Filip Ozobiç, 66) 

"Kəpəz": 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 16. Quili Manjqaladze, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 48. Dieqo Souza, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 9. İlkin Sadıqov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov
"Qəbələ": 22. Dmitri Bezotosnı, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 16. Omar Malone, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone 
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə
 
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

18:00. "Neftçi” – "Keşlə” 3:2
(Namiq Ələsgərov, 14, Adrian Skarlatake, 16, İqnasio Herrera, 47, Pərdis Fərcad-Azad, 57, Ruslan Abışov, 90)

"Neftçi”: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 20. Elnur Süleymanov, 97. Elnur Cəfərov, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov
         
"Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 66. Murad Qayalı
Baş məşqçi: Yuri Maksimov

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena"

Xatırladaq ki, turun son 2 oyunu martın 10-da keçiriləcək. Həmin gün "Səbail” "Sumqayıt”ı, "Qarabağ” isə "Zirə”ni qəbul edəcək.

Sport7.az
 

Xəbər lenti