"Qəbələ"də yeni imza

Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.
 
Sport7.az xəbər verir ki, idmançı "Fight Night”la anlaşma imzalayıb. Müqaviləyə əsasən yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanan, 3 dəfə uduzan döyüşçü 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında "Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.
 
Sport7.az

Xəbər lenti