"Qəbələ"dən 2 illik müqavilə

Xəbər verdiyimiz kimi, "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirir. Sport7.az xəbər verir ki, söhbət Marsel Essombenidən gedir.

Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçu tibbi baxışdan keçdikdən sonra əyalət təmsilçisi ilə 2 illik sözləşmə imzalayacaq. Bunu saytımıza açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bildirib. Klub rəsmisinin sözlərinə görə, hücumçunun adı "Lill"lə matça qədər sifariş ərizəsinə daxil edəcək.

Qeyd edək ki, Marsel Essombe 2015/16 mövsümündə çıxış etdiyi "Dinamo"nun heyətində 29 rəsmi oyuna çıxıb və 7 qol vurub. Futbolçu karyerasına Fransada başlayan kamerunlu futbolçu karyerası boyunca bu ölkənin "Soşo" (B komandası), "Jura Sud", "Paki-sur-Eure", "Şatoru" və "Kreteil" klublarında çıxış edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR