"Qəbələ"dən 8-ci transfer - FOTO

Avroliqaya hazırlaşan "Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Sport7.az xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan "qırmızı-qaralar” daha 1 legioner transferini reallaşdırıb. 

Belə ki, "Qəbələ" Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu "Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. 

Ukraynalı legionerin son klubu Qazaxıstanın "Aktobe” komandası olub. O, ötən ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın "Kuban” klubunda çıxış edən hücumçu "Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən Antonov sonradan 3 il "Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada "Metallist” (2007-2010), "Zarya” (2008-2009, icarə əsasında), "İliçevets” (2010-2011), "Dnepr” (2011-2013), "Krivbass” (2012-2013, icarə əsasında), "Çernomorets” (2013-2014) komandalarında oynayıb. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Antonov əsas yığmada 2 matç keçirib.

Sport7.az

Xəbər lenti