"Qəbələ"dən örnək addım - FOTOLAR

UEFA Gənclər Liqası Avropanın müxtəlif ölkələrindən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirməklə yanaşı, sosial məsuliyyət anlayışı da aşılamağa çalışır.
 
Sport7.az xəbər verir ki, UEFA Bu məqsədlə "Həmrəylik proqramı" çərçivəsində hər kluba 500 avro məbləğində vəsait ayrılır və vəsait klubun qərarı əsasında istifadə olunur.
 
"Qəbələ" də bu vəsaitdən xeyriyyə məqsədi ilə yararlanıb. Belə ki, klub rayon sakini, "Qəbələ"nin U-15 komandasının oyunçusu Nuğayın atası Yaşar Rəşidova yardım etmək qərarına gəlib. Təcili böyrək transplantasiyası əməliyyatı gözlənilən Yaşar bəyə yardım etmək üçün ödənilən məbləğ bu əməliyyatın kiçik bir hissəsini təşkil edir.
 



 

Sport7.az 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR