"Qəbələ"li cüdoçular Naxçıvanda 3-cü yeri tutdu

"Qəbələ” İdman Klubunun cüdoçuları Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən beynəlxalq turnirdə çıxış ediblər.
 
Sport7.az xəbər verir ki, cüdoçularımız komanda yarışında uğur qazanıblar. "Qəbələ” Gürcüstan, Rusiya və Culfa komandaları ilə qarşılaşmalarda qələbə əldə edib. Yalnız Sumqayıtla görüşdə uduzan cüdoçularımız turniri 3-cü pillədə başa vurublar. Komandamız fəxri kürsüyə bürünc mükafatların sahibi kimi çıxıb.

Yarışda 9 komandanı təmsil edən 100-dən artıq cüdoçu qüvvəsini sınayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR