“Qəbələ”ni “talayırlar” – Əyalət klubuna böyük zərbə

“Qəbələ”ni “talayırlar” – Əyalət klubuna böyük zərbə

"Qəbələ”də yaşanan maddi sıxıntılar, klubun sponsorsuz qalacağı ilə bağlı iddialar geniş yayılıb.

Sport7.az xəbər verir ki, bu söz-söhbətlər futbol ictimaiyyətini və azarkeşləri narahat edir. Yaxın keçmişdə böyük iz qoyan klubun dağılması Azərbaycan futboluna böyük zərbə vurmuş olar.

Artıq əcnəbi futbolçular və yerlilərin bəziləri qışda komandanı tərk etmək barədə düşünür. Xeyli müddətdi ki, "Qəbələ”nin uğurlu legioner seçimi, akademiyasında yetirşdirdiyi yerlilər digərləri üçün yağlı tikəyə çevrilib. Maliyyə dayaqlarının zəifləməsi indi belələrinin də əl-qolunu açıb. Futbolçuların təlaşlanmasından indi onlar öz xeyirləri üçün istifadə etməyə çalışırlar.

Fövqaladə nəsə baş verməsə, qışda legionerlərin böyük qismi və yerlilərdən gözə dəyənlər "Qəbələ”nin tərk edəcək. Onlar ölkə sərhədlərini aşmağı düşünmürlər. Müştərilər "Neftçi” və "Zirə”di. Yerlilərin "Neftçi”yə, əcnəbilərin isə "Zirə”yə keçməsi üçün danışıqlar gizli şəkildə aparılır.

Maraqlı və təəssüf doğuran məqam odu ki, "Qəbələ”ni "talayanlar” vaxtıyla bu klubda oynamış futbolçulardan da vasitəçi kimi istifadə edirlər. Hazırda digər klublarda oynayan sabiq "Qəbələ”lilər bəzi keçidlərdə vasitəçi kimi iştirakçıdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR