“Qəbələ”nin 18 yaşlı yetirməsi xarici klubda

“Qəbələ”nin 18 yaşlı yetirməsi xarici klubda
Azərbaycanın daha bir gənc futbolçusu karyerasını ölkə xaricində davam etdirəcək.

Sport7.az xəbər verir ki, "Qəbələ”nin 18 yaşlı futbolçusu Kamran Quliyev Litvanın "Jonava” klubuna transfer olunub. Aşağı yaş qrupları üzrə yığmalarımızda da oynayan futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Digər gənc oyunçularımız kimi, Kamranın da bu transferi məhz bu yöndəki fəaliyyəti ilə tanınan menecer Vaqif Heydərlinin səyi nəticəsində gerçəkləşib.

Qeyd edək ki, "Jonava” Litva çempionatının yüksək liqasında mübarizə aparır. Bu komanda hazırda 19 turdan sonra 14 xalla 8 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Sport7.az

Xəbər lenti