“Qəbələ”nin APOEL-lə oyunun vaxtı dəyişdirildi

“Qəbələ”nin APOEL-lə oyunun vaxtı dəyişdirildi

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək "Qəbələ"nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib. 

Sport7.az xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi "qırmızı-qaralar” deyil, Cənubi Kipr təmsilçisi olacaq. 

Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu isə oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR