“Qəbələ”nin boksçusu Ukraynada medal qazanıb

“Qəbələ”nin boksçusu Ukraynada medal qazanıb
Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb. Semyon Trestinin xatirəsinə həsr olunan "A” kateqoriyalı turnirdə Azərbaycan milli komandasının və "Qəbələ” idman klubunun boksçusu Kamran Şahsuvarlı uğurla çıxış edib.

Sport7.az xəbər verir ki, klubun yetirməsi yarışda gümüş medala yiyələnib. Turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yalnız finalda uduzaraq ikinci yeri tutub.

Xatırladaq ki, yarışda 15 ölkədən 135 idmançısı birincilik uğrunda qüvvəsini sınayıb.
 
Sport7.az

Xəbər lenti