“Qəbələ”nin döyüşçüsündən 25-ci qələbə

“Qəbələ”nin döyüşçüsündən 25-ci qələbə

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan döyüşçüsü Nəriman Abbasov gürcü rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.
 
Sport7.az xəbər verir ki, Abbasov birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb.
 
Bununla da Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Onun rəqibi Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR