"Qəbələ" "Şerif"lə heç-heçə etdi - YENİLƏNDİ

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilir.
 
Sport7.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qəbələ”nin U-19 komandası ilk oyununu keçirəcək. I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Moldova təmsilçisi "Şerif”i sınağa çəkəcək. Emin İmaməliyevin yetirmələri rəqibini Qəbələ şəhər stadionunda qonaq edəcək. Gürcüstanlı hakimlər briqadasının idarə edəcəyi matç saat 18:00-da başlayacaq.

Bu, komandanın UEFA Gənclər Liqasında ikinci sınağıdı. "Qəbələ” 2016/17 mövsümündə də Çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt birinci mərhələdə Rusiya "Dinamo”su ilə qarşılaşan (0:2, 0:5) təmsilçimiz bu səddi keçə bilməyib.

"Qəbələ” və "Şerif” arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda baş tutacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, 1-ci mərhələ, ilk oyun

3 oktyabr 

18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova) 1:1

 

Qollar: Əli Sadıxov, 57 (p.) - Danila İqnatov, 31 

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu
 
Xatırladaq ki, indiyə qədər "Qarabağ" iki dəfə avrokuboklarda "Şerif"in əsas komandasıyla qarşılaşıb. Hər iki halda mərhələni keçən tərəf Azərbaycan təmsilçisi olub. Bu mənada "Qəbələ" "Qarabağ"ın açdığı cığırı davam etdirə bilər.
Sport7.az

Xəbər lenti