"Qəbələ"nin keçirdiyi "Zəfər turniri"nə yekun vuruldu

"Qəbələ” Futbol Akademiyasının təşkil etdiyi Vətən müharibəsindəki qələbəyə həsr olunan "Zəfər turniri”nə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, ötən ilin dekabrında start götürən mini turnir qış fasiləsindən sonra keçirilən matçlarla başa çatıb. "Zəfər turniri”nin təşkilində məqsəd aşağı yaş qrupları üzrə liqaların keçirilmədiyi dövrdə yaranan boşluqda akademiyanın komandalarının oyun praktikasının azalmaması ilə yanaşı, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanması olub.

Akademiyanın futbolçuları hər birində 7 oyunçu olmaqla, 8 komandanın heyətində mübarizə aparıb. Oyunçularımızın istəyi ilə komandalar işğaldan azad olunmuş şəhər və rayonlarımın adları ilə çıxış edib: "Şuşa”, "Ağdam”, "Kəlbəcər”, "Laçın”, "Füzuli”, "Cəbrayıl”, "Qubadlı”, "Zəngilan”.
 
İki dövrədən ibarət turnirin yekununda Ülfət Mədətovun baş məşqçisi olduğu "Laçın” turnirin qalibi olub. Turxan Ümüdlünün çalışdırdığı "Qubadlı” 2-ci, Anar Surxayevin rəhbərlik etdiyi "Kəlbəcər” 3-cü yeri tutub. Turnirin qalibləri "Qəbələ” klubunun suvenirlər və diplomlarla təltif edilib. "Zəfər turniri”nin ən yaxşı futbolçusu Ömər Kərimov və turnirin bombardiri Ziya Şəkərxanova mükafatlar verilib. Qaliblərə mükafat və hədiyyələri turnirə fəxri qonaq kimi dəvət olunan qazilər Mahir Məmmədov, Azad Əzimli və Çingiz Məmmədov təqdim edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR