"Qəbələ"nin ÇL-dəki rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
 
Sport7.az xəbər verir ki, tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan "Qəbələ”nin rəqibi də bəlli olub. Klubun U-19 komandası bu mərhələdə Şimali Makedoniyanın "Şkendiya” klubu ilə qarşılaşacaq.
 
Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. "Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR