"Qəbələ"nin Naxçıvan proqramı müəyyənləşdi - AÇIQLAMA

Kubokun finalında "Sumqayıt"la qarşılaşacaq "Qəbələ"nin Naxçıvana gedəcəyi tarix bəllidi.

Bu haqda məlumatı Sport7.az-a açıqlamasında komandanın rəisi Səbuhi Səfiyarlı verib. Hazırda məşqlərin davam etdiyini bildirən Səbuhi bəyin sözlərinə görə komanda final matçından 2 gün əvvəl Muxtar Resbublikaya yollanacaq: "Komanda Bakıda axşamlar gündə 1 dəfə olmaqla məşq keçir. Ayın 17-si axşamüstü Naxçıvana gedəcəyik. Komanda "Duzdağ" otelində məskunlaşcaq. Ayın 18-də oyunqabağı 1 məşqimiz olacaq. Bir gün sonra isə oyun keçiriləcək".

"Qəbələ" Naxçıvana azarkeş də aparacaq. Bununla bağlı klubun Marketinq-meneceri Səməd Nəsibov bizə məlumat verdi. Səməd bəyin sözlərinə görə azarkeşlər üçün bir avtobus ayrılacaq. Naxçıvana neçə nəfər aparılacağını isə avtobusun tutumuna görə azarkeşlər özləri müəyyənləşdirəcək. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR