"Qəbələ"nin oyunu şotlandlara tapşırıldı

Futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ” ilə Gürcüstanın "Dinamo” (Tiflis) klubu arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.
 
Sport7.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. 
 
Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Malvenni və Cordan Stoki kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək. UEFA nümayəndəsi Mixalis Mitas (Kipr), hakim-inspektor isə Qay Qotals (Belçika) olacaq.
 
İyulun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Dinamo” oyununa saat 19:00-da start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR