"Qəbələ"nin "Sumqayıt"la 30-cu dueli

Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu olacaq.

Sport7.az xəbər verir ki, "Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək. "Qırmızı-qaralar” öz meydanında "Sumqayıt”la qarşılaşacaq.

Maraqlıdır ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda "Qəbələ” qələbə qazanıb.

"Qəbələ"nin saytında dərc oluna statistik yazıda qeyd edilir ki, ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda "qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan komanda 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən əyalət təmsilçisi Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. "Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub.

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan "qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 21 qol buraxıb.

15-ci dəfə "Sumqayıt”ı qonaq edəcək "Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan futbolçular 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədir – 26:7.

Xatırladaq ki, "Qəbələ” – "Sumqayıt” matçı saat 19:00-da başlayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR
me' => '2020-02/1582622764_repa.jpg', 'link' => 'http://www.sport7.az/avroliqa-real-panatinaikosu-melub-etdi/', 'category_ids' => '70', 'metatags' => array ( 'description' => 'Kişi basketbolçuların Avroliqa turnirində müntəzəm çempionatın 26-cı turuna start verilib. İlk oyun günündə bir görüş keçirilib. Real Panatinaikosu 96:78 hesabı ilə məğ', 'keywords' => 'Madrid, Avroliqa, klubunun, qalibiyyətində, əsas, assist, Fakundo, Kampatso, sahibi, olublar, Yunanıstan, Sport7, Panatinaikos, İspaniya, Müntəzəm, çempionat, ribaund, Tavares, turuna, start', ), ), ); ?>