"Qəbələ"nin Türkiyədə son sınağı

"Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlığı davam etdirir.
 
Sport7.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komanda hazırlıq prosesinin 13-cü gününü yekunlaşdırıb. "Qırmızı-qaralar” günün ikinci yarısında hazırlıq keçib. Toplanış çərçivəsindəki son məşq əsasən toplu çalışmalardan ibarət olub.

Komanda bu gün növbəti yoxlama oyununu keçirəcək. "Qırmızı-qaralar” yerli "Boluspor” klubu ilə görüşəcək. Bunadək Ukrayna təmsilçiləri "Mariupol” (2:1) və "Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələri toplanış çərçivəsində son sınağına çıxacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu matçla Bolu toplanışını başa vuracaq təmsilçimiz ardınca vətənə dönəcək.

Əsası 1965-ci ildə qoyulan Bolu təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edir. Ötən mövsüm 9-cu yeri tutan komanda dəfələrlə Super Liqada da çıxış edib. Çempionatda ən yaxşı nəticəsi 1974-cü ildə qazanılan bürünc medal olan "Boluspor” həmin il UEFA kubokuna qatılaraq avrokuboklarda debüt edib. Bolu təmsilçisi yeddi il sonra Türkiyə kubokunun finalına yüksəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR