"Qəbələ"nin üzvləri Antalyada hazırlaşır

"Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
 
Sport7.az xəbər verir ki, bölgə klubunun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər. Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. "Qəbələ”nin 6 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb.
 
Boksçular Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçularımız üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR