"Qələbə əsas hədəfimizdi" - Qurban Qurbanov

"Son oyuna çıxırıq. Hiss olunur ki, oyuna maraq azdı. Buna baxmayaraq, ciddi hazırlaşırıq". 

Sport7.az xəbər verir ki, bunu Ağdamın "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunun Lüksemburq təmsilçisi "Düdelanj”la oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis sözlərinə belə davam edib: "Çalışacağıq ki, turniri yaxşı əhval-ruhiyyədə başa vuraq. Maraq azdır deyərkən, azarkeşləri nəzərdə tuturam. Futbolçularıma bir qədər sərbəstlik vermişik. Amma motivasiya ilə bağlı problem yoxdu. Qələbə əsas hədəfimizdi. Azarkeşlərimizi də başa düşürük. Son oyunda çox istərdik ki, tribunalar dolu olsun. Yəqin ki, əvvəlki nəticələr fərqli olsaydı, indi onlar da bizi dəstəksiz qoymazdılar. Həmişə əsas heyətlə hazırlaşmaq, tam hazır olmaq istəmişik. Xaymenin bu oyuna əsas heyətdə çıxma şansı zədəyə görə azdı. Ümumən digər futbolçular oyuna hazırdılar. Rəqibimiz ilk oyunda bizə uduzub, ona görə də sabah əvəz çıxmağa çalışacaqlar. Biz isə Azərbaycan üçün qələbə qazanmalıyıq. Azarkeşlərimiz təkcə stadiona gəlınlər, yaxud gəlməyənlər deyil. Bilirik ki, onların sayı çoxdur. Onları sevindirməliyik".

Qeyd edək ki, "Qarabağ” – "Düdelanj” matçı sabah saat 21:55-də baş tutacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR