“Qələbənin 50 faizini azarkeşlərin adına yazıram”

“Qələbənin 50 faizini azarkeşlərin adına yazıram”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azərbaycanlı azarkeşlərdən danışıb. 

Sport7.az-ın məlumatına görə, təcrübəli mütəxəssisi ölkə çempionatında bəzən az azarkeş sayından məyus olduğunu gizlətməyib: "Avroliqadakı oyunlarımıza çoxlu azarkeş gəlir. Bu onu göstərir ki, ölkədə futbolu sevirlər. Azarbaycanda azarkeş var. Bir hadisəni danışım. Avroliqada səfərdə "Visla”nı 1:0 hesabı ilə məğlub etmişdik. Cavab oyununda stadiona xeyli futbolsevər toplaşmışdı. Öz meydanımızda da 3:2 hesabı ilə qalib gəlib, play-offa yüksəldik. Həmin görüşdən 3 gün sonra isə ölkə çempionatında "Neftçi” ilə qarşılaşırdıq. Həmin vaxt üçün ölkənin 2 ən güclü komandası üz-üzə gəlirdi. Düşündük ki, stadiona heç olmasa 10 min azarkeş gələr. Amma matç cəmi 150 azarkeş "Qarabağ”dan, bir o qədər də "Neftçi”dən gəldi. Bu isə istər-istəməz komandada ruh düşkünlüyü yaradır. Avroliqada vəziyyət tam fərqlidir. "Zalsburq”la oyundakı kimi dəstək heç vaxt görməmişəm. 

Əminliklə həmin gün Avstriya çempionu üzərində qazandığımız qələbənin 50 faizini azarkeşlərin adına yazıram. Rəqibin baş məşqçisi bu gün də "Qarabağ” azarkeşlərinin möhtəşəm olduğunu deyir”.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR