Qəza keçirən Aqueroya daha bir şok - Sevgilisi tərk etdi

Qəza keçirən Aqueroya daha bir şok - Sevgilisi tərk etdi
Ötən həftə Amsterdamda qəza keçirən "Mançester Siti"nin futbolçusu Serxio Aquero sevgilisi Karina Tejeda tərəfindən tərk edilib. 

Sport7.az xəbər verir ki, buna səbəb kimi Aqueronun Argentinaya millinin oyununa getdiyi vaxtda modeller olan partidə iştirak etməsi göstərilir. 

Hazırda Serxio özünü bağışlatmaq üçün instagramda sevgilisinin paylaşdığı hər fotonu bəyənir. 

Sevgilisini tərk edən Karinanın qəzadan xəbəri olmayıb. Belə ki, o TV-yə açıqlamasında qəza ilə bağlı suala çaşqınlıqla "Həqiqətənmi? Bİlmirdim", deyə cavab verib. 

Qeyd edək ki, Serxio Aquero Hollandiyaya tanınmış müğənni Malumanın konsertini izləmək üçün gedib. O, hava limanına qayıdarkən qəzaya uğrayıb. Onun qabırğası sınıb. 
 






 
Sport7.az

Xəbər lenti