Qəzada ölən prezidentin xatirəsinə xüsusi formalar hazırlanıb

Qəzada ölən prezidentin xatirəsinə xüsusi formalar hazırlanıb
"Lester" vertolyot qəzasında həyatını itirmiş prezident Viçay Şrivaddanaprabhanın xatirəsinə "Börnli" ilə oyuna özəl forma ilə çıxacaq.

Sport7.az xəbər verir ki, noyabrın 10-da "Kinq Pover Stadionu"nda baş tutacaq "Börnli" ilə oyundan öncə stadionda prezidentin şrəfinə videorolik nümayiş etdiriləcək və 2 dəqiqəlik sükut olacaq. 

Hər iki komandanın meydana qara sarğı ilə çıxacağı oyunda "Lester"in futbolçuları isinmə hərəkətləri zamanı və ilk hissədə xüsusi geyimlə oynayacaq.

İçərisində Şrivaddanaprabhanın da olduğu helikopter oktyabrın 27-də stadiondan havaya qalxarkən qəzaya uğramış və nəticədə prezident də daxil olmaqla 4 nəfər həyatını itirmişdi. "Lester"i 2010-cu ildə 39 milyon funt-sterlinqə alan Şrivaddanaprabha az büdcəli komandası ilə 2015/2016 mövsümündə İngiltərə çempionu olmuşdu. 

Sport7.az

Xəbər lenti