Qəzet paylayırdı, ən məşhur məşqçilərdən oldu - FOTOLAR

Qəzet paylayırdı, ən məşhur məşqçilərdən oldu - FOTOLAR
"Məgər jokey olmadan öncə at olmaq lazımdı?" demişdi Joze Maurinyo. Haqlı idi...

Sport7.az başqa peşədən gələn məşhur məşqçiləri təqdim edir.
 


Maurisio Sarri - Hazırda "Napoli"nin baş məşqçisi olan Sarri bir zamanlar bank sektorunda çalışırdı.
 
 

Karlos Alberto Parreyra - "Fənərbaxça"nı da çalışdırmış dünyaca ünlü braziliyalı mütəxəssis məşqçiliyə başlamazdan öncə həvəskar klubların birində fitness məşqləri keçirdi.
 
 
Ante Caciç - Xorvatiya yığmasını çalışdıran Caciç məşqçilik kurslarına yazılmazdan əvvəl televizor və radio təmiri ilə məğul olurdu. 
 
 

Arriqo Sakki - Müasir futbola yön verən isimlərdən olan Sakki həvəskar komandalarda çalışdığı dönəmdə atasının ayaqqabı fabrikində çalışırdı.
 
 

Bela Qutmann - "Benfika"nın əfsanəvi məşqçisi olan Qutman ABŞ-da 1920-1933-cü illərdə spirtli içkilərin satışının qadağan olduğu dönəmlərdə, spirtli içki satılan gizli dükan işlədirdi.
 
 

Antonio Lopez - 2002-ci ildə Braziliya yığmasının baş məşqçisi Skolarinin yardımçısı olan Lopez məşqçilikdən öncə polis komissarı işləyirdi.
 
 

Joze Mourinyo - Dünya futbolunun ünlü məşqçilərindən olan Mourinyo futbolçu olmayıb. O Bobbi Robsonun tərcüməçisi işlədiyi dönəmlərdə baş məşqçiliyi də öyrənirdi. 
 
 

Qreqorio Manzano - Fəaliyyətini Çində davam etdirəm Manzano 20 yaşında psixoloq və müəllim kimi çalışırdı. Boş vaxtlarında da həvəskar komandalarda çalışırdı. Sonradan tək peşəsi futbol oldu. 
 
 

Karlos Biançi - Argentinanın əfsanəvi məşqçisi Biançi futbol karyerasına başlamazdan əvvəl evlərə qəzet paylayırdı.
 


Manuel Pelleqrini - Hazırda Çində "Fortuna"nı çalışdıran Pelleqrini həm də mühəndislik diplomuna sahibdi. 
 
 

Xose Ramon Sandoval - "Rayo Valyekano"da maaşsız çalışmağa başlayanda, Madriddə bir ailə kafesini işlədirdi.
 
 

Ariel Holan - Argentinalı futbol adamı daha öncə bir bədən tərbiyəsi müəllimi idi. Eyni zamanda Uruqvayın qadın xokkeyçilərdən ibarət komandasını açlışdıran Holan "Panamerika Oyunları"nda bürünc medal qazanmışdı.

Sport7.az

Xəbər lenti