Qılıncoynadanlarımız İranda 3 medal qazandı

Qılıncoynadanlarımız İranda 3 medal qazandı

Yeniyetmə qılıncoynadanlarımıız İranın İsfahan şəhərində keçirilən Rouzbeh Sarhangpourun xatirəsinə həsr olunmuş açıq turnirdə iştirak edib.
 
Sport7.az xəbər verir ki, turnirdə Azərbaycan, İran və İraqı təmsil edən şpaqa və rapira üzrə 53 idmançı iştirak edib.
 
2008-2010 təvəllüdlü qılıncoynadanlar arasında keçirilən yarışda şpaqaçımız Yəhya Məmmədov qızıl medal qazanıb. Qrup mərhələsini 6 qələbə ilə başa vuran Yəhya finala gedən yolda bütün rəqiblərinə qalib gəlib. Şpaqaçımız finalda qrup mərhələsində 4 qələbə qazanaraq pley off görüşlərini qalib bitirən digər təmsilçimiz Oqtay Mirzəyevlə qarşılaşıb. Oqtay Mirzəyev 10:3 hesabı ilə qalib gələn Yəhya Məmmədov turnirin qalibi adını qazanıb. Oqtay Mirzəyev yarışın gümüş medalına layiq görülüb.
 
Rapiraçıların yarışında Daniel Vestakovas turnirin qalibi olub. Daniel finalda turnirin yarımfinalına kimi irəliləməyi bacaran İsmayıl Ələkbərzadənini məğlub edən iranlı Fərhad Abbasini 10:5 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Digər təmsilçimiz Tamerlan Rzayev isə 1/16 finalda uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR