"Mançester Yunayted” "Börnli”ni 1:0 hesabıyla məğlub
edib.
Sport7.az xəbər verir ki, bu qələbə sayəsində "qırmızı
şeytanlar” İngiltərə Premyer Liqasında vahid lider olub.
Yeganə qolu görünüş 71-ci dəqiqəsində Pol Poqba
vurub.
Bu görüş sentyabr ayında baş tutmalıydı. Amma
Mançester təmsilçisinin avrokuboklardakı iştirakına görə təxirə salınmışdı.
Suşerin komandası Premyer Liqada məğlubiyyətsiz
oyunlar seriyasını 11-ə çatdırıb. Bu görüşlərin 9-da "Mançester Yunayted” qələbə
qazanıb, iki görüşdə heç-heçə qeydə alınıb.
17 oyundan sonra 36 xal toplayan "qırmızı şeytanlar”
2-ci pillədəki "Liverpul”u 3 xal qaqaqlayır.